Türkiyənin məşhur və sevilən cütlüyü Burak Özçivit və Fahriye Evcen ötən gün İstanbulun Nişantaşı səmtində görüntüləniblər.
Milli.Az "Acunn.com"a istinadla bildirir ki, restoranda birlikdə yemək yeyən ikili çıxışda jurnalistlərin suallarını cavablandırıblar.
Burak müxbirlərin əhvalını soruşduqdan sonra ona verilən "toy tarixi və məkanı dəqiqləşdi?" suallarına başı ilə hə cavabı versə də, məkanı və tarixi açıqlamayıb. Onlar gülərək məkandan uzaqlaşıblar.
Onların səmimi halları diqqət çəkib. Lakin ikili arasında münasibətlər pozula bilər. Buna səbəb isə Fahriye Evcenin eks sevgilisi Özcan Denizin onun şəklini bəyənməsi olub.
Hələ ki Burak məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Burak Özçivit hazırda "Kara Sevda" serialına çəkilir. Fahriye Evcenin çəkildiyi "Ölene kadar" serialı isə bitib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin: