Maraqlı

Evlilik proqramında azərbaycanlı gəncdən möhtəşəm evlilik təklifi - VİDEO

21 Aprel 2017 07:14
3 Şərh     Baxış: 2 318

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində maraqlı anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu dəfə proqramın iştirakçıları deyil, tamaşaçılarından bir nəfər nişanlısına sürpriz edib.

Əslən Azərbaycandan olan və İstanbulda yaşayan Elvin adlı bəy nişanlısı Gülaya evlilik təklifi edib. O, qabaqcadan maraqlı səhnə hazırladıb.

Belə ki, həm tamaşaçılar, həm də iştirakçılar əllərində ürək formalı şarlarla Elvinə dəstək olublar. O, Gülayın başına fata və tac qoyaraq, ona üzük verib və evlənmə təklifi edib. 

Gördüklərindən şoka düşən Gülay "Hə" cavabı verib. 

Maraqlısı odur ki, azərbaycanlı gənc 7 aydır nişanlı olduğu xanımına müxtəlif dillərdə "Səni sevirəm" deyib. Sonda cütlük rəqs edib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Elçin · 21 Aprel 08:3800

    Allah xoşbəxt eləsin!!!

    Cavab yaz
  • Anonim
    ayaz · 21 Aprel 09:3600

    Yeyib indida cazaslnl caksin

    Cavab yaz
  • Anonim
    ayan · 21 Aprel 11:4200

    "Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişi azerbacan kanalı mı turk kanala mı baxadusmedım..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.