Maraqlı

Ən ucuz kabab istəyirsizsə...

19 Aprel 2017 21:33
5 Şərh     Baxış: 3 048

Turizm mərkəzləri ən ucuz kabab satılan şəhərləri müəyyənləşdiriblər.

Milli.Az xəbər verir ki, ilk yerdə qonşu Gürcüstanın paytaxtı Tbilisi qərarlaşıb. Qeyd olunur ki, Tbilisidə təxminən 30 manata 10 şiş kabab almaq mümkündür. Tbilisidən sonra Kalininqrad və Soçidə də ucuz kabablar verilir. Bu şəhərlərdə həmin qiymətə 9 şiş kabab almaq olar. Sankt-Peterburqda isə bir şiş əskik kababın dadına bu qiymətlə baxmaq mümkündür.

Kababı bizdən başqa avropalılar da ləzzətlə dişlərinə çəkirmişlər. Amma Avropa şəhərləri arasında Praqa (30 manata 7 şiş), Paris (5 şiş) daha münasibdir. Qalan şəhərlərdə isə kababın həm özü, həm də qiyməti əl yandırır.

Qeyd edək ki, aprelin sonunda Qroznı şəhərində "Şaşlık-Maşlık" adlı kabab festivalı keçiriləcək. Festivalda Qafqaz ölkələri ilə yanaşı, digər ölkələrdən də kababçılar qatılacaq. (publika.az)

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Tovuzlu E · 19 Aprel 21:4310

    Beh beh, gecə vaxtı verməyin də belə xəbərləri) Ən ucuz kabab evdə bişən kababdı

    Cavab yaz
    • Anonim
      TTK · 19 Aprel 21:5400

      Xeyir ən bahalı kabab evdə bişəndir

      Cavab yaz
  • Anonim
    TTK · 19 Aprel 21:5500

    Alırsan hamısını pulla

    Cavab yaz
  • Anonim
    / · 20 Aprel 00:3500

    Men iyrendime( ortadaki wiwdekini sicana oxwatdim( gözü de var)

    Cavab yaz
  • Anonim
    Umud777 · 20 Aprel 07:2410

    Elede deyirki avropada kabab bahadi ozumuzde guya ucuzduki ?) bize baxanda onlarin olar wukurludu bizden))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.