Maraqlı

Yataq səhnəsi ilə gündəm olan aktyor: "Serial məni cəzb etdi" - FOTO

19 Aprel 2017 09:25
0 Şərh     Baxış: 2 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fi"serialında yataq səhnələri ilə gündəmə gələn aktyor Mehmet Günsür "Habertürk" qəzetinə müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor şəxsi və iş həyatından danışıb.

İtaliyalı rejissor Katerina Mongio ilə evlənən və 3 uşaq atası olan Mehmet "Fi" serialından da danışıb. O, serialın onu cəlb etdiyini bildirib:

"Fi" Türkiyədə yenilik oldu. İstər heyət baxımından, rəqəmsal olması və 60 dəqiqə yayımlanması məni cəzb etdi. "Fi"in əvvəlcə film bazarında yeni bir qapı açmasını istəyirik. Çünki bu işin, etdiyimiz hər şeyin xaricində, əslində bir də vəzifəsi var. Vəzifə isə ondan ibarətdir ki, 60 dəqiqə davam edən ekran işində istər ssenarist, istər rejissor, istərsə də aktyorlar tamaşaçını daha ağıllı olmağa məcbur etsinlər". 

Qeyd edək ki, M.Günsürün həmkarı Serenay Sarıkaya ilə "Fi" serialındakı yataq səhnəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.