Maraqlı

Leopard kəndi qan gölünə döndərdi - VİDEO - FOTO

19 Aprel 2017 10:31
0 Şərh     Baxış: 1 421

Qəyflətən kəndə soxulan leopard əvvəlcə meşəbəyini, sonra 12 yaşlı oğlanı parçalamaq istəyib. Daha sonra isə o, polisi tutmağa çalışıb.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Orissa ştatındakı Bolangir bölgəsində baş verib.

Annirudha Rana kəndinə soxulan leopard meşəbəyi Bicay Huntiyanı parçalayıb. Daha sonra o, yaxınlıqdakı Milan Ranaya hücum çəkərək onu öldürüb.

Qaçmağa çalışan leopard evlərdən birinin damına hoppanıb və oradakı polis nəfəri Satyacit Kundakeli tutmağa çalışıb.

Lakin Kundakel damdan aşağı atılaraq canını qurtarıb.

Hadisə yerinə gəlmiş meşəbəyilərlə hərbçilər 12 saat davam edən axtarışlardan sonra leopardı tutaraq zooparka aparıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Leopard kəndi qan gölünə döndərdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.