Maraqlı

Dünyanın ən yaşlı insanı bu nənədir - VİDEO - FOTO

18 Aprel 2017 10:55
8 Şərh     Baxış: 2 927

Bu qədər yaşayacağımı düşünməzdim. Uşaqlıq illərimdən çalışıram. Zəhmətdən heç zaman qorxmamışam. Tanrının mənə bu qədər ömür verməsinin səbəbi, məncə, dualarımı əksik etməməyimdir.

Violett Moss-Braun belə deyir.

Milli.Az Camaica Observer-ə istinadən bildirir ki, Yamaykanın Treloni bölgəsindəki Duanval şəhərinin sakini olan bu qadının yaşı 117 il 38 gündür. 6 övulad anası olan bu qadın 1900-cu ilin martın 10-da doğulub və bu, sənədlərlə təsdiqlənir.

Beləcə, 117 yaşlı Violett Moss-Braun dünyanın ən yaşlı insanı sayılır və onun adı artıq Ginnesin Rekordlar Kitabına düşüb.

Aprelin 15-dək bu ad İtaliya sakini Empa Moranoya məxsusdu. 117 il 137 gün yaşamış Empa Morano aprelin 15-də İtaliyanın Verbaniya şəhərində, evində vəfat edib.

Violettin 97 yaşlı oğlu Harold Feyrveyzer anasının qulluğunda durmaq üçün İngiltərədən vətənə qayıdıb.

Moranonun dediyinə görə, hər gün 3 yumurta yeyir. Yumurtaların ikisini o, çiy yeməyə üstünülk verir: "Həkimlər bunun zərərli olduğunu demişdilər. Amma qulaq asmadım. İndiyədək hər gün üç yumurta yeyirəm".

Violett Moss-Braunun nəvələri, nəticələri və kötükcələri Yamayka ilə bahəm, ABŞ-da, Avropada və Afrikada yaşayırlar.

Violletin nəvəsi Lelit Palmerin dediyinə görə, nənəsi əvvəllər şəkər plantasiyasında çalışıb, sonra da varlıların evlərində xidmətçi olub.

Dünyanın ikinci ən yaşlı insanı Nabi Tacimadır. Onun 116 il 256 gün yaşı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın ən yaşlı insanı bu nənədir

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Efqan · 18 Aprel 10:5730

    Her gün yazirsizki dünyanin en yaşli insani öldü . Bes bunlar hardan çixir bir qiraq )

    Cavab yaz
  • Anonim
    ... · 18 Aprel 10:5960

    Allah bizim analarimiza da uzun ve saglikli ömür versin. Dünyasini deyisenlere de rehmet elesin

    Cavab yaz
  • Anonim
    bakili anar · 18 Aprel 11:0012

    qarga bunnan az yawiyir

    Cavab yaz
  • Anonim
    Türkan · 18 Aprel 11:3430

    Siz ne danışırsınız nece ola biler bu.Dunyanin en yasli insani.ozunuz o gun azərbaycanlı 120 yaşlı Susenber nənədən yazmisdiniz..1897 ci ildee anadan olmus.3 esr görmüş azerbaycanli nene niye düşmür bes Ginnese?????

    Cavab yaz
    • Anonim
      Məmmədhəsən əmi · 18 Aprel 16:2000

      Türkan xanım! Burada təəccüblü nə var?Hələ keçən əsrin 70-ci illərində bizdə 161 yaşlı adam tapmışdılar adı Şirəli Müslümov idi.Heç kim inanmadı və bütün dünya bizi barmaqla göstərib güldü.Biz isə heç kimə baxmayaraq tam ciddiliklə özümüzü inandırmağa çalışırdıq.Elə indi də ekranda mətbuatda çox şeylər deyilir yazılır.Ancaq artıq heç kim inanmır çünki bizdə yalanla əl-ələ tutub addımlamaq çoxları üçün vərdiş halını alıb.

      Cavab yaz
    • Anonim
      Kanan008 Türkana · 18 Aprel 16:3200

      Azerbaycan hara giness hara)))) Bizim haramiza yaraşır sehirli xalat ki geyinib gələcəyə gedək.

      Cavab yaz
  • Anonim
    N · 18 Aprel 12:1000

    Bu daha yaşamire,elâcâ durur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.