Maraqlı

Köpəkbalığı 17 yaşlı qızı parçaladı - FOTO

18 Aprel 2017 13:00
0 Şərh     Baxış: 1 858

17 yaşlı Letisiya Brauer okean sahilində, çimərliyin yaxınlığında sörfinqlə məşğul olanda köpəkbalığı ona hücum çəkərək parçalayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Avstraliyanın qərbindəki Esperansa şəhərinin yaxınlığında, Uayli Bey Biç çimərliyində baş verib.

Köpəkbalığının qızına hücum çəkdiyini görən ata irəli atılıb, yırtıcı ilə mübarizə aparmağa çalışıb. O, qan içində olan qızını sahilə çıxarıb.

Xəstəxanaya aparılan Letisiya həkimlərin bütün səylərinə rəğmən keçinib.

Köpəkbalığını sörfinq taxtasının üzərində olan Letisiyanın sol ayağından yapışıb onu suya dartanda bunu Letisiyanın atası ilə yanaşı, sahildə olan anası və bacısı da görüblər.

Onlar dəhşətə gəliblər, qışqırıblar, amma heç nə edə bilməyiblər.

Esperansa şəhərindən 17 km aralıdakı çimərlik bir neçə günlük qapadılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.