Maraqlı

Seçki günü Türkiyədə ən çox nə izləndi? - REYTİNQ

17 Aprel 2017 14:46
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Referendum günü televiziyaların reytinq göstəriciləri açıqlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bütün telekanallar xalq səsverməsindən canlı proqramlar verib. Bu proqramlar arasında ən çox izlənən FOX TV-də yayımlanan "Yorumlar" olub.

İkinci və üçüncü yerlərdə də FOX TV-nin "Seçim Analiz" və "Şimdi ne olacak" proqramları qərarlaşıb. Elə dördüncü yerin sahibi də FOX TV-dir.

TV8-də dünən gecə "Survivor"un yayımlanması isə çoxlarını təəccübləndirib. "Belə bir gündə yarışma proqramı izlənilməz" deyilsə də, Acun İlıcalının aparıcılıq etdiyi veriliş reytinqdə 5-ci olaraq FOX TV-dən başqa bütün telekanallara qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.