Maraqlı

Bred Pitt və Ancelina Coli arasında yeni qalmaqal: "Qızım ölə bilərdi"

17 Aprel 2017 13:45
0 Şərh     Baxış: 800

Boşanma ərəfəsində bir-birlərinə qarşı sərt olan, son zamanlar isə bir qədər yaxınlaşan Ancelina Coli və Bred Pittin münasibəti yenidən pisləşə bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Radaronline" yazıb.

Bunun səbəbi isə cütlüyün əkizləri Vivienne və Knoksun başına gələnlərdir. Belə ki, hazırda Colinin himayəsində olan uşaqlar dayələri ilə park gəzintisinə çıxıblar. Bu gəzinti zamanı Vivienne kiçik qəza keçirib. O, yıxılaraq başını dəmir barmaqlıqlara çırpıb. Ətrafdakılar hadisəni görərək köməyə qaçıblar. Alnından yaralanan uşaq 10 dəqiqə boyunca yerindən qalxa bilməyib. 

Həmin anlarda dayənin Knoksla bərabər velosiped gəzintisinə çıxaraq Vivienneni tək qoyması aydınlaşıb. Eyni zamanda dayə Knoksu da velosipedin arxasına otuzduraraq həyatını təhlükəyə atıb. 

Bütün bunları eşidən 53 yaşlı Bred Coliyə əsəbiləşərək "Uşaqlara daha çox ziyan dəyə, qızım ölə bilərdi" deyib.

Bu hadisədən sonra aktyorun uşaqların himayəsini almaq üçün daha ciddi və sərt olacağı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.