ABŞ-da 20 ən bahalı, ən lüks evdən biri sayılan daşınmaz əmlak satışa çıxarılıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, Nyu-York şəhərinin Manhetten səmtində, Yuxarı İst Saydda yerləşən 6 mərtəbəli bu evin ilkin satış qiyməti 84,5 milyon dollardır.
Qlamur malikanə 1903-cü ildə məşhur memar Con Dunkanın layihəsi əsasında tikilib.
1293,45 m2 sahəsi olan malikanə 19-cu əsrdə Parisdə geniş yayılmış boz-ar (Beaux-Art) stilində tikilib.
Milli.Az