Maraqlı

Google Chrome sürətləndi

18 Aprel 2017 07:22
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Chromium" əsasında işləyən "Chrome" və başqa brauzerlərdə istifadə edilən "V8 JavaScript" mühərrikinin hazırlanmasına məsuliyyət daşıyan komanda ötənilki nailiyyətini  paylaşıb. İstehsalçılar "Google" tərəfindən "JavaScript" mühərrikinin məhsuldarlığını ölçmək üçün yaradılmış "Octane" məhsuldarlıq testində bir sıra testlər keçiriblər. Amma "Octane" məhsuldarlıq testi brauzerin real şəraitdəki davranışını əks etdirmir. Buna görə "V8" mühərrikinin tərtibatçılar komandası onu "Facebook", "Reddit", "Twitter" və "Wikipedia" kimi məşhur saytlarda yoxlamaq qərarına gəlib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçılar "JavaScript" mühərrikinin real məhsuldarlığını ölçmək üçün yeni "Speedometer" adlı məhsuldarlıq testi yaradıblar. Yeni testin nəticəsinə görə, tipik veb səhifələrin yüklənmə sürəti skriptlərin işə düşməsindən asılıdır. Buna görə son ildə optimallaşdırma üzrə aparılmış işlər prosessorun arxitekturasından asılı olaraq saytların yüklənmə vaxtının 10-20% artmasına səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.