Maraqlı

Xüsusi versiyalı Chevrolet Tahoe - FOTO

29 Aprel 2017 21:25
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Chevrolet şirkəti yolsuzluq avtomobili Tahoe-nin yeni xüsusi versiyasını təqdim edib. O, RST (Rally Sport Truck) adlanır. Amerikan avtomobil istehsalatçısı bildirib ki, istehsalat zamanı mütəxəssislər tüninqdən ilhamlanıblar.

Milli.Az auto.az-a istinadən bildirir ki, modelin məxsusi modifikasiyası 426-güclü 6,2-litrlik V8 mühərriki və 10-diapazonlu avtomat sürət qutusu ilə təchiz edilib. Modelin baza versiyası 360 a.g.-ü olan 5,3-litrlik mühərriklə və 6-pilləli avtomat sürət qutusu ilə təchiz edilir.

Bundan əlavə, yolsuzluq avtomobilini yeni qaz buraxma sistemi Borla, Brembo əyləncə sistemi, yenidən tənzimlənmiş fəal asılqan Magnetic Ride Control ilə təchiz ediblər.

Tahoe-nun yeni modifikasiyası qara lövhəciklərlə, arxa görünüş güzgülərinin qara korpusları və reylinqlərlə, o cümlədən 22 düymlük təkər diskləri ilə seçilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.