Maraqlı

Ən güclü Jeep - FOTO

29 Aprel 2017 22:25
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jeep şirkəti yolsuzluq avtomobili Grand Cherokee-nin güclü modifikasiyasını təqdim edib. O, Trackhawk adlandırılıb. Avtomobil istehsalçısı yeniliyi dünyada seriyalı yolsuzluq avtomobilləri arasında ən güclü və cəld adlandırır.

Milli.Az auto.az-a istinadən bildirir ki, model V-şəkilli, 6,2-litrli həcmi olan səkkizliklə təchiz edilib. Mühərrik 717 a.g. və 874 Nm fırlanma anına malikdir. Eyni mühərrikdən Dodge Charger və Challenger Hellcat-da istifadə edilir.

Grand Cherokee Trackhawk-un mühərriki 8-diapazonlu avtomatik sürət qutusu ilə birgə çalışır. O, yerindən 96 km/saata 3,5 saniyəyə sürətlənir. Avtomobil 11,6 saniyəyə 402 metr məsafə qət edir.

Jeep Grand Cherokee Trackhawk-un maksimal sürəti 290 km/saatdır. Avtomobil aprelin ortalarında Nyu-York avtosalonunda təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.