Maraqlı

Günəş sistemində həyat tapıldı - VİDEO - FOTO

14 Aprel 2017 13:26
3 Şərh     Baxış: 3 161

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentlyinin "Cassini" planetlərarası stansiyası Saturnun təbii peyki Enseladdakı okeanların səthinin altında hidrotermal mənbələrin ola biləcəyini aşkarlayıb.

Milli.Az Science-ə istinadən bildirir ki, Enseladın təkindən fışqıran su şırnaqlarının tərkibində 1,4 faiz miqdarında molekulyar hidrogen və 0,8 faiz karbon qazı var. Bu, mikrorqanizmlərin metan qazını biosintez etmələri üçün önəmli məqamdır.

Eyni zamanda aşkarlanan proses Saturnun təbii peykinin okeanlarının altında hidrotermal mənbələrin, yəni həyatın olduğunu göstərir.

Yerdə belə proseslər okeanların dərinliklərində primitiv mikroblar olan anaerob arxeylərin ekosistemlərinin mövcudluğunu şərtləndirir.

Saturnun təbii peyki Enseladın təkində termodinamik müvazinət də pozulub.

Enselad Saturnun ölçüsünə görə 6-cı təbii peyki, Ayıdır. Enselad planet ətrafında 32,9 saata tam dövrə vurur. Təbii peykin radiusu Yerdən 25, kütləsi isə 200 min dəfə azdır.

Enseladda həddən ziyadə seyrək atmosfer var. Su mantiyasının altında bərk silikat nüvə var. Buz qatının altında isə okean var.

Enseladdakı hidrotermal aktivliyin suyu +90 qızdırdığı güman olunur.

Xatırladaq ki, bir qədər əvvəl ultrasoyuq, Yerdən 40 işıq ili məsafəsində yerləşən qırmızı cırtdan ulduz TRAPPIST-1 ətrafında planetimizə bənzəyən 7 ekzoplanetin dövr etdiyi aşkarlanmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Günəş sistemində həyat tapıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    N. · 14 Aprel 13:4524

    Ordada suriya,iraq,âfqansdan,qarabağ münaqişâsi yaradilacaq?

    Cavab yaz
    • Anonim
      Ay ağıllı · 14 Aprel 14:0835

      Hecne olmaz narahat olma.cunki orda muselmanlar olmuyacaq.munaqiwe ancaq muselman olan yerlerde olur.harda muselman var orda facie,harda muselman yoxdu ora gulluk gulustanlq olur

      Cavab yaz
  • Anonim
    Prince of Persia · 14 Aprel 19:4450

    Güneş sistemi kiçik bir yerdir.Orda 8 planet ve yüzlerle xirda cisimler var.Ve hami bilir ki orada sivilizasiya-filan yoxdur. Sivilizasiyani daha uzaqda-Başqa qalaktikalardadir!!! Bu ne başliqdi????!!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.