Maraqlı

Bahalı Lamborghini-ni istədikləri qədər cızdılar - Dünyada ilk dəfə - VİDEO - FOTO

14 Aprel 2017 14:28
4 Şərh     Baxış: 4 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimsə avtomobilinin cızılmasını istəməz. Kimsə heç bir səbəb olmadan başqasının avtomobilini də cızmaq istəməz.

Əgər həmin avtomobil Lamborghini Gallardo-dursa, o maşının üzərinə toz qondurmazlar.

Lakin Danimarkadakı "ARoS Aarhus Kunstmuseum" muzeyindəki Lamborghini Gallardo-nu hər kəs cıza bilərdi, maşının üzərinə istədiyi sözü yaza bilərdi.

Milli.Az Local-a istinadən bildirir ki, bu avtomobil DOLK niki ilə çalışan norveçli rəssama məxsusdur. O, "No Man Is Island" adlandırdığı bu perfomans çərçivəsində muzeyə gələn hər kəsə bahalı avtomobilini cızmağa icazə vermişdi.

Muzeyə gələnlər ilk əvvəl gördüklərinə inana bilmirdilər. Onlar gizli kamera ilə çəkiliş aparıldığını düşünürdülər. Lakin hər şeyin real olduğunu anlayandan sonra ziyarətçilər maşını cızmağa, avtomobilin üzərində sözlər yazmağa, şəkillər çəkməyə başladılar.

Üç həftə ərzində Lamborgini cızıq-cızıq olduğundan perfomans dayandırılıb.

Cızılmış avtomobil sentyabra qədər muzeydə nümayiş olunandan sonra sahibinə qaytarılacaq.

"Baş verənlər qəddarlıq, axmaqlıq təsiri bağışlaya bilər. Lakin bu, sənətdir və sənətin də məntiqə ehtiyacı yoxdur. İnsanın hər əməli, hər hərəkəti yaşadığı arealda, cəmiyyətdə iz qoyur. Heç birimiz dəyişikliklərdən xali deyilik. Çünki hər kiçik hərəkət bizə təsir edir", - DOLK deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bahalı Lamborghini-ni istədikləri qədər cızdılar - Dünyada ilk dəfə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.