Maraqlı

Yerə bənzəyən planet tapıldı - FOTO

7 Aprel 2017 14:07
1 Şərh     Baxış: 1 547

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri və Avropa Kosmik Agentliyinin (ESA) əməkdaşlarından ibarət qrup Yerə çox bənzəyən Gliese 1132b adlı ekzoplanet aşkarlayıblar.

Milli.Az The Astronomical Journal-a istinadən bildirir ki, yeni ekzoplanetin atmosferinin tərkibi dəqiq bəlli olmasa da, alimlər planetdə su buxarının və metanın olduğunu güman edirlər.

Gliese 1132b planeti Vela ulduz topasında, Yerdən 39 işıq ili məsafəsindədir. Ekzoplanetin diametri Yerdən 20 faiz, kütləsi isə 1,6 dəfə artıqdır.

Yeni ekzoplanetin səthindəki temperaturun +370 dərəcə olduğu güman edilir.

"Bu, başqa planetdə yaşamın aşkarlanması olmasa da, həmin istiqamətdə ciddi addımdır. Gliese 1132b ətrafında atmosferin olması Yerə bənzəyən planetlərdə ilk dəfə ümumiyyətlə, atmosferin tapılmasıdır", - Britaniyadakı Kil Universitetinin professoru Con Sautvort deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    PRiNS · 7 Aprel 14:1310

    Bu Qlize 3-4 aydi tapilib,indi yazirsiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.