Maraqlı

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:33
1 Şərh     Baxış: 3 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis, evdə çoxlu sayda tilsim və evin yanında yeni qazılmış 3 metrlik çuxur tapıb

Adananın Kozan qəsəbəsində bir evə təşkil edilən silahlı hücumda biri uşaq olmaqla, beş nəfərin həyatını itirdiyi hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb.

Milli.Az istipress.com-a istinadən bildirir ki, hadisə yerində araşdırma aparan polis, evdə çoxlu sayda tilsim və evin yanında yeni qazılmış 3 metrlik çuxur tapıb.

38 yaşlı Mehmet Doğan, imam nikahlı həyat yoldaşı Ayşə Ayrancı ilə birlikdə böyük qardaşının Çokan kəndinə 700 metr uzaqlıqdakı evinə gedib. Doğanın yoldaşı Fatma Yavuz, 9 yaşlı Hakkı Doğan və Fatma Yavuzun ilk yoldaşından olan oğlu 16 yaşlı Görkem T. ilə birlikdə yaşayırdı. Doğan qardaşlar salonda oturduqları sırada iddiaya görə İbrahim A, qapısı açıq olan evə pnevmatik tüfənglə basqın edib. Təcavüzkar bir anda evdə oturanlara pnevmatik tüfənglə atəş açmağa başlayıb. Mehmet və böyük qardaşı Hüseyn Doğanı hədəf alan İbrahim A. güllə yağdırarkən qadınlar evin tualetinə, Hakkı Doğan və Görkem T. də mətbəxə qaçıb. Salonda iki qardaşı öldürən qatil sonra əvvəl qadınları sonra Haqqı Doğanı qətlə yetirib və özü yaralı halda qaçıb.

Bu ərəfədə Görkem T. pəncərədən qaçaraq evlərinə ən yaxın qonşularına sığınıb kömək istəyib. Muxtar dərhal vəziyyəti jandarmaya bildirib. Təhlükəsizlik qüvvələri qısa müddətdə hadisə yerinə çatıb. Vəhşətin yaşandığı yerə sövq edilən həkim personalı 5 nəfərin öldüyünü təyin edib. Görkem T.nin ifadəsinə uyğun istintaq başladan polis, cib telefonu siqnalından İbrahim A.nın yerini təsbit edib. Şübhəli, hadisədən təxminən 3 saat sonra vəhşiliyin yaşandığı evdən 6 kilometr uzaqlıqda bir pnevmatik tüfəng və iki tapança ilə tutulub. Köynəyində qan ləkələri olan şübhəli qəsəbənin polis bölməsinə aparılıb. Qətliamla bağlı əlavə bir nəfərin də nəzarətə götürüldüyü öyrənilib. Hadisə yerində araşdırma aparan polis, ölənlərin üzərində və evin müxtəlif yerlərində çoxlu sayda tilsim və evin yanında yeni qazılmış 3 metrlik çuxur tapıb.

Qətliama, ölən Mehmet Doğan ilə dostu İbrahim A. arasında "xəzinə axtarmaq məsələsi" üzündən çıxan münaqişənin səbəb olduğu irəli sürülüb. İddiaya görə gündüz tarlada işləyərkən çıxan mübahisə davaya çevrilib. Mehmet Doğan, İbrahim A.ya yumruq atıb. Və sonrasında İbrahim A. Qisas almaq üçün Doğanın evinə basqın edib. Günahını boynuna almayan İbrahim A. barəsində həbs qərarı verilib. Şübhəlinin atası İsmət A., evli və iki uşaq atası olan oğlunun hadisə günü iş çıxışı yanına gəldiyini və bağçanı dərmanlamağa gedəcəyini söylədiyini deyib. İsmət A. öldürülən Hüseyn və Mehmet Doğan haqqında maraqlı iddialar səsləndirib. "Oğlum, 6 ay əvvəl avtomobilini Hüseyn Doğan'a verdiyini demişdi. Qardaşı Mehmet Doğanı qeybdən səslər duyduğu üçün Hataydakı bir cinçi xocaya aparıb. Zamanla onlar bu cinçinin yanına daha çox getməyə başladılar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.