Maraqlı

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:40
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Deyvid Ormsbi-Qorun Con Kennedinin həyat yoldaşı Jaklin Kennediyə yazdığı sevgi məktubu hərracda 123 min dollara satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 60-cı illərdə ABŞ-da səfir olan Deyvid Ormsbi-Qorla Amerikanın o vaxtki prezidenti Con Kennedi ailəlikcə dost olublar. Con Kennedi və səfirin həyat yoldaşı öldükdən sonra isə Deyvid Ormsbi-Qorla Jaklin Kennedinin münasibətləri daha da yaxınlaşıb.

Hərracda satılan məktubda diplomat keçmiş birinci xanıma evlənməyi təklif edir. Lakin Jaklin ona rədd cavabı verir. Xanım Kennnedinin diplomata sonrakı məktubu yunan milyarderi Aristotel Onassislə evlilikdən sonra yazılıb və burda ona "sevimli qardaşım" kimi müraciət edilir.

Qeyd edək ki, məktublar bu ilin əvvəlində tapılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.