Maraqlı

Serenay Sarıkaya: "Onun sevgilisi olduğum üçün..." - YENİLƏNİB - FOTO

30 Mart 2017 11:26
2 Şərh     Baxış: 2 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:26

Sabahdan "Fi" adlı internet serialı ilə ekranlara dönməyə hazırlaşan Serenay Sarıkaya "InStyle" jurnalının kamerası qarşısına keçib.

Milli.Az-ın axşam.az-a istinadən xəbər verir ki, məlumatına görə, açıqlamalar verən aktrisa yeni layihəsi haqda da danışıb:

"Çox həyəcanlıyam. "Medcezir" serialı ilə o qədər gözəl final etdik ki, yeni iş seçərkən çox diqqətli davranırdım. "Fi, Çi, Pi" seriyasından olan kitabları oxumuşdum. Onun seriala çevriləcəyini eşidəndə üstünlüyü avtomatik olaraq ona verdim.

Həqiqətən, çox gözəl heyətlə görülən işdir. Yaxşı şərtlərlə işləyirik. 170 dəqiqəlik bir ssenari ilə 60 dəqiqəlik ssenari arasında böyük fərq var".

Serenay həmkarı və sevgilisi Kərəm Bürsinlə münasibəti haqda da danışıb:

"Kərəm ilə gözəl münasibətimiz var. İkinci ilimizə giririk. Onun çox özəl ruhu var və bu, mənə yaxşı təsir edir. Bir dünya insanı olduğunu düşünürəm və bu, çox şey deməkdir. Mən də qadın olaraq onun sevgilisi olduğum üçün özümü şanslı hesab edirəm".

-----------

09:57

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya İnstaqram fotosu ilə gündəm olub.

Milli.Az "gecce magazin"ə istinadla bildirir ki, o, yeni fotosunda cazibədar ayaqlarını nümayiş etdirib.

Qeyd edək ki, aktrisa ötən ilin oktyabr ayında çəkildiyi "İkimizin Yerine" filminin qala gecəsi üçün Bakıya gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.