Maraqlı

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:35
0 Şərh     Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Tesla" və "SpaceX" özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) yeni şirkət təsis edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Neuralink" adlanan yeni şirkət insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayacaq.
 
Belə ki, şirkət insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. "Neyron krujeva" adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. "Neuralink"in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər.
 
Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə elektronika və insan beyni sahəsində mütəxəssis olan əməkdaşların cəlb olunmasına başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.