Maraqlı

Yeni “iPad” təqdim olundu

30 Mart 2017 08:59
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası yeni "iPad" planşetini təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, satışlara aprel ayının əvvəllərində başlanacaq.
 
Planşet "Apple A9" prosessoru ilə təchiz edilib. İri ekran həlli parlaq və keyfiyyətli təsvirdən həzz almağa imkan verir.   
 
Yeni cihaz xüsusi funksiyalarla təchiz edilib: "Touch İD" barmaq izi skaneri və 2 "FaceTime" kamerası mövcuddur.
 
Bir neçə yaddaş versiyalı cihazların istehsalı nəzərdə tutulur. Rusiya bazarında ən ucuz versiyanın qiyməti 25 min rubl (440 dollar) olacaq. Maksimal yaddaş həcmli variant isə sahibinə təxminən 42 min rubla (740 dollar) başa gələcək.
 
"iPad"in əldə edilməsi üçün ilkin qeydiyyat martın 24-də başlanıb və ayın sonunda yekunlaşacaq. Bundan sonra cihaz Rusiya da daxil olmaqla, 20-dən artıq ölkədə satışa çıxarılacaq.
 
Xatırladaq ki, Apple" "iPhone 7" smartfonlarının qırmızı rəngli versiyasını da təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.