Maraqlı

Çempionatda qız öz anasına qalib gəldi

28 Mart 2017 14:40
0 Şərh     Baxış: 694

Batumidə keçirilən qadınlar arasında kamandan oxatma üzrə Gürcüstan çempionatında qız öz doğma anasına - olimpiada iştirakçısına qalib gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, Tiko Putkaradze finalda doğma anası Xatuna Narimanidzeyə 6:5 hesabıyıla qalib gələrək çempion olub.

Qeyd edək ki, kamandan oxatma üzrə Gürcüstan milli komandasının baş məşqçisi də Xatunanın həyat yoldaşı və Tikonun atası Tamaz Putkaradzedir.

Xatırladaq ki, Xatuna Narimanidze Olimpiya Oyunlarının dördqat iştirakçısıdır: Sidney (2000), Afina (2004), Pekin (2008) və Rio de Janeyro (2016). Çində keçirilən olimpiadada Narimanidze yekunda doqquzuncu olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.