Maraqlı

Çexiya prezidentinə porno tələ qurulubmuş

27 Mart 2017 15:16
0 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiya prezidenti Miloş Zemanın dediyinə görə, ötən il Lana qəsrindəki yay iqamətgahında olanda kompüterinə haker hücumu olub.

Milli.Az European-a istinadən bildirir ki, Çexiyanın dövlət başçısı Frekkvence-1 telekanalına verdiyi müsahibəsində bu barədə danışıb. Onun sözlərinə görə, ABŞ-ın Alabama ştatındakı hakerlərin hücumundan sonra kompüterində uşaq pornoqrafiyası aşkarlayıb.

"Onları məsuliyyətə cəlb etmək üçün mütəxəssislərə üz tutdum. Məlum oldu ki, həmin faylları kompüterimə amerikalı hakerlər yükləyiblər. Özü də hakerlər vasitəçilərin yardımından istifadə etmişdilər", - M.Zeman söyləyib.

Bu ilin yanvar ayının sonlarında Çexiya XİN-in serverləri haker hücumuna məruz qalıb. Naməlum şəxslər xarici işlər naziri Lubomir Zaoralekin və onun müavinlərinin poçt qutularından məlumatları oğurlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.