Maraqlı

Məşhur model professor və döyüşçü olmaq istəyir - FOTO

27 Mart 2017 19:33
1 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Model karyeramı davam etdirməklə yanaşı, biznesmen və alim də olmaq niyyətindəyəm. Model biznesi mənə daimi, sürəkli təsir bağışlamır".

Honkonqda yaşayan Mia Kanq hazırda modelliklə yanaşı, muay-tay döyüş növü ilə də məşğuldur.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, London Universitetinin maliyyə hüququ və menecmenti fakultəsini bitirmiş 28 yaşlı Mia Kan  "Sports Illustrated Swimsuit" jurnalı üçün bir neçə fotosessiyaya çəkiləndən sonra məşhurlaşmışdı.

Ötən ilin əvvəlində Nyu-Yorka yollanmış Mia orada model kimi çalışıb. Eyni zamanda o, Tailandda və Honkonqda muay-tayla da məşğul olub.

Daha doğrusu, Tailanda 10 günlük istirahətə yollanan Mia orada 6 ay qalıb.

"Tailandda muay-taya "vuruldum", məşğul olmağa başladım və 10 günlük istirahət 6 aylıq məşqlərə çevrildi. Zalda məşq etmək, fəndləri öyrənmək çox xoş idi", - Mia söyləyib.

O, indi təhsili davam etdirərək professor və elmlər doktoru titullarını almaq, habelə muay-tay üzrə peşəkar turnirlərə qatılmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.