Maraqlı

Sosial media depressiyaya səbəb olur

28 Mart 2017 21:55
1 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19-32 yaş aralığında olan 1787 istifadəçinin qatıldığı bir araşdırma nəhəyət ki, bitdi. Araşdırmalar "Facebook", "Youtube", "Twitter", "Google Plus", "Instagram", "Snapchat", "Reddit", "Tumblr", "Pinterest", "Vine" və "LinkedIn" sosial portallar üstündə getdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Pittsburgh Universiteti"nin elm adamları və alimləri tərəfindən aparılan araşdırmalara görə, həftəlik orta hesabla 30 dəfə sosial şəbəkələrə girən insanlarda depresiyaya meyilliyin yüksək olduğu üzə çıxdı. Gündəlik orta hesabla 1 saat sosial şəbəkələrdə vaxt keçirən insanların da eyni problemlə üzləşdiyi də meydana çıxıb.
 
Sosial şəbələrdən tez-tez və uzun müddət istifadənin depresiyaya səbəb olduğu da aparılan araşdırmalarda üzə çıxdı.
 
Sosial şəbəkəni nadir istifadə edən istifadəçilərlə tez-tez istifadə edən insalardan 2,7 qat daha mühafizədə olduğu və depresiyaya qarşı daha dözümlü olduğu araşdırmanın nəticələri arasında aşkar olunub.
 
Araşdırmanı aparan elm adamı Lui yi Linin verdiyi açıqlamaya görə, istifadəçilərdə yaranan depresiyanın dəqiq buna görə yarandığını tam əminliklə deyə bilmədiyini açıqlayıb. Buna səbəb isə, bəzi insanların, depresiyaya yoluxduqdan sonra sosial media istifadəçisi də ola bilmə ehtimalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.