Maraqlı

16 yaşlı qız 12 yaşlı oğlandan hamilə qaldı - FOTO

25 Mart 2017 20:22
8 Şərh     Baxış: 9 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda 16 yaşlı qız 12 yaşlı oğlandan hamilə qalıb və qızını dünyaya gətirib.

Milli.Az The Hindu-ya istinadən bildirir ki, olay Hindistanın Kerala ştatında yaşanıb.

Hindistanın ən gənc atası sayılan 12 yaşlı oğlan ölkədə qüvvədə olan "Uşaqların cinsi zorakılıqdan mühafizəsi" qanununa (Protection of Children from Sexual Offences Act, POSCO) əsasən cinayət məsuliyyətinə cəlb olunub. Bununla yanaşı, qız da saxlanılıb: polisdən verilən məlumata görə, 16 yaşlı anaya qarşı cinayət işi açılıb.

16 yaşlı qızın dünyaya gətirdiyi övladı uşaq evinə aparılıb.

Qızın polisə şikayətindən sonra 12 yaşlı oğlandan DNT nümunəsi götürülüb və laboratoriya testləri aparılıb. Testlər qızın atasının məhz 12 yaşlı oğlan olduğunu təsdiqləyib.

Tiruvananthapuram şəhərindəki Tibb Kollecinin nəzdindəki xəstəxananın endokrinologiya şöbəsinin rəhbəri, professor Ramayan Kesan Cabbarın dediyinə görə, 12 yaşlı oğlanda vaxtından əvvəl cinsi yetişkinlik xəstəliyinin olduğu güman edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.