Maraqlı

Metro qatarı binanın içindən keçir - VİDEO - FOTO

25 Mart 2017 12:25
6 Şərh     Baxış: 4 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Çünisin şəhərində metropolitenin qatarları 19 mərtəbəli yaşayış binasından keçərək yola davam edtirlər.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, metropoliten yetkilisi Nyan Syao deyib: "Şəhərdə tikililər həddən ziyadə çoxdır. Buna görə də yollar və ya dəmiryol xətləri üçün yer tapmaq böyük problemə çevrilir.

Metronun "Chongqing Rail Transit No.2" marşrutu ilə hərəkət edən qatarlar binanın 6 və 8-ci mərtəbələrinin arasındakı məkandan keçir. Binadakı "Liziba Station" stansiyasında sərnişinlər vaqonlara daxil ola bilirlər.

19 mərtəbəli yaşayış binasında yaşayanlar metronun monorelsli qatarlarının səs-küyündən şikayətlənmirlər. Xüsusi quraşdırılmış avadanlıq səsi boğur. Bu səbəbdən qatar keçəndən yayılan səs paltaryuyan maşın işə salınanda olan səsdən uca deyil.

Çinin cənub-şərqindəki Çunsin şəhərinin 49 milyon sakini var.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Qatar binanın içindən keçir

Qatar binanın içindən keçir - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.