Maraqlı

Tanınmış aktyor ayrılma xəbərindən danışdı - FOTO

24 Mart 2017 12:13
1 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Rayan Qoslinq verilişlərdən birində müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aktrisa Eva Mendesdən ayrılmadığını və münasibətlərinin əvvəlkindən daha möhkəm olduğunu bildirib.

"Evanın "Oskar"da mənimlə olmamağı bizim ayrılmağımız kimi başa düşülüb. Amma bu, belə deyil. Sadəcə, Mendes qırmızı xalçanı sevmir. O, həmin an evdə oturub körpələrimizə baxırdı. Ümumiyyətlə, bu aralar Eva mənə çox dəstək olub. Mən "La La Land" filminə çəkiləndə o, qızlarımız Esmiralda və Amandanın qayğısına qalıb. Həmin vaxt onun böyük qardaşı rəhmətə getdi. Amma yenə məni çəkilişlərdən yayındırmadı. Baxın, mən indi onun sayəsində sizə müsahibə verirəm", - Rayan vurğulayıb.
  
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün ayrılmağı ilə bağlı xəbərlər yayılmışdı. Məlumata görə, Eva Rayanı "La la Land" filmində çəkilən Emma Stouna qısqandığı üçün tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.