Maraqlı

Elektron poçta məktub göndərib 100 milyon dollar oğurladı

24 Mart 2017 11:36
0 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evaldas Rimasaks adlı litvalı bir fırıldaqçı elektron poçt vasitəsilə Amerikanın iki böyük texnologiya şirkətinin 100 milyon dollarını oğurlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, 48 yaşlı bu şəxs özünü Asiyada kompüter hissələri istehsal edən şirkətin təmsilçisi kimi təqdim edib. Bu adla da şirkətlərin elektron poçt ünvanlarına məktub göndərərək pul istəyib.
E.Rimasaksın məktub göndərdiyi şirkətlər təlimatları ard-arda yerinə yetirərək onun Litva, Slovakiya, Macarıstan, Honq-Konqdakı bank hesablarına pul göndəriblər.

ABŞ prokurorluğunun araşdırması zamanı bəlli olub ki, Rimasaksın hədəfindəki şirkətlərin ünvanları da daxil olmaqla, bir çox məlumatlarla yanaşı, pulun ABŞ-dakı bank hesablarına göndərilməsi məlumatlarını da gizlədib.
Araşdırma zamanı yalançı şirkətin idarə heyətində cəmi bir nəfərin qeydə alındığını və onun adının da Rimasaks olduğu müəyyənləşib.

ABŞ prokurorluğu bu hadisədən bütün şirkətlərin nəticə çıxarmalı olduğunu bəyan edib. Hadisə ilə bağlı açıqlamalarda nə Rimasaksın "şirkəti"nin, nə də onun fırıldaqçılıq etdiyi şirkətlərin adı açıqlanmayıb.

Sadəcə, E.Rimasaksın şirkətinin 1980-ci ildə yaradıldığı, dünya miqyasında texnoloji firmalarla işlədiyi bildirilib.

Bu fırıldaqçılığına görə E.Rimasaksa, sadəcə, iki il həbs cəzası verilə bilər.
ABŞ Federal Təhqiqat Bürosunun məlumatlarına görə, 2013-cü ildən bu vaxta qədər elektron poçtla fırıldaqçılığa görə 22 143 şikayət qeydə alınıb. Bu hadisələrə görə 3.1 milyard dollar pul tələb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.