Maraqlı

Sərvətini oyunlarda qazandı

21 Mart 2017 11:13
0 Şərh     Baxış: 898

Colopl-un yaradıcısının 38 yaşı var. Ona ilk uğurunu qeyri adi bir oyun qazandırıb: oyunda telefonunu cibinə qoyaraq Yaponiya ilə səyahət etmək lazım idi ki, nəticədə virtual pul qazanasan.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, planetin ən gənc milyarderlərinin klubuna daha bir qəhrəman daxil olub. Kolopl kompaniyasının təsisçisi Naruatsu Babanın təzəlikcə 38 yaşı tamam olub. Öz sərvətini isə o, smartfonlar üçün hazırladığı oyunlar sayəsində qazanıb.

Naruatsu baba Colopl kompaniyasının əsasını 2008-ci ildə qoyub. 2012-ci ilin dekabr ayında Colopl öz səhmlərini Tokio fond birjasında yerləşdirir.

Hal-hazırda Colopl-ın kapitallaşması 7 dəfə artaraq, 2,2 milyard dollara çatıb. Kompaniyanın 69%-ni Baba idarə etdiyi üçün onun sərvətinin miqdarı $2 milyard həcmində qiymətləndirilir.

Naruatsu Baba sərvətini özü qazanmış, yəni miras nəticəsində valideynlərinin imperiyasını əldə edərək varlanmayan ən gənc asiyalı milyarderdir.

Maraqlıdır ki, buna qədər ən gənc selfmade-milyarder adı Yaponiyanın Gree nəhənginin yaradıcısı Yoşikazu Tanakeyə məxsus idi. O, da həmçinin mobil oyun proqramçısı və yaradıcısı idi. Baba Tanakedən bir il cavandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.