Maraqlı

"Ölüm qrupu"ndan məktəbliyə əmr: "Anana hücum et!"

21 Mart 2017 09:48
2 Şərh     Baxış: 2 950

Moskva polisi "Vkontakte" sosial şəbəkəsində 13 yaşlı məktəbliyə öz anasına hücum etməyi tapşıran "ölüm qrupu"nun administratorları barədə məlumatı yoxlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə martın 20-də "Moskva" şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, polisə müraciət edən qadın bildirib ki, oğlunun "göy balina" qurupundakı yazışmasını oxuyub. Orada bir neçə tapşırıq sadalanıb ki, onlardan biri də "öz anasını bıçaqlamaq" olub.

"Bundan əlavə cari ilin fevral ayının əvvəlində qadın oğlunun qollarında kəsiklər görüb. Vətəndaş həmçinin qeyd edib ki, mənzilə daima naməlum şəxslər zəng edirlər və susurlar", - nəşrin sözçüsü deyib.

Agentliyin məlumatına görə, oğlanın anası McDonald's restoranlar şəbəkəsinin işçisidir və Bolşaya Ordınka küçəsində yaşayır. Qadının oğlu kadet məktəbində yeddinci sinifdə oxuyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Emi · 21 Mart 10:4911

    Dehsetdir,bu yazilardan sonra ogluna nece etibar ede biler?Bele cixir ki,yaziq ana dordgoz olub ozunu oglundan qorumalidir.

    Cavab yaz
  • Anonim
    Men · 21 Mart 13:3300

    Ukraniyada yawayiram mektebler polisler xebardarlig edir cox uwag olumu fakdi var valdeyinner tewviwdedi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.