Maraqlı

Toydan sonra tapdıqları məktub həyatlarını dəyişdi - FOTO

19 Mart 2017 23:21
9 Şərh     Baxış: 4 060

Bu cütlük toydan 9 il sonra açılmamış hədiyyə tapıb.
Milli.Az publika.az-a istinadən Keti və Brendonun toyundan 9 il sonra tapdığı açılmamış hədiyyə haqqında rəvayəti təqdim edir.
Cütlüyün başına gələn bu hadisə o qədər qəribə və reallıqdan o qədər uzaqdır ki, ona inanmaqda çətinlik çəkirsən. Burada söhbət cütlüyün sonrakı həyatını, sevgiyə və ailəyə baxışlarını tamamilə dəyişəcək hədiyyədən gedir:
"Axşam biz Brendonla şərab içərək dəvət edildiyimiz toyu müzakirə edir və səbəbkarlara nə hədiyyə etmək barədə düşünürdük. Onda toy günü bizə verilən hədiyyələri və ən çox xoşumuza gələnləri xatırlamağa başladıq. Və elə onda başa düşdük ki, bu hədiyyəni biz indiyədək açmamışıq. Çox qəribə olsa da, bu, həqiqətdir. Bu, Elisonun xalası tərəfindən yazılmış və bizə ilk mübahisəyə qədər açmağı qadağan etmiş ağ konvert idi. Əlbəttə, biz bu illər ərzində dəfələrlə mübahisə etmiş, hətta boşanma haqqında düşünmüşdük. Amma zərf barədə tamamilə unutmuşduq. Çünki hər birimiz instinktiv olaraq məktubun bizi məğlub edəcəyini düşünür və onu açmaqdan qorxurduq. Məktubu açmağı isə hər dəfə təxirə salırdıq. Beləcə biz birlikdə yaşamağa davam edir və münasibətlərimizin davamlığını yoxlayırdıq.
O gün şüuraltı olaraq məktubda bizim nikahın xilasına dair hansısa sehrli açarın olduğunu düşünməyə başladıq. Çünki Elison xala öz əriylə təxminən yarım əsr xoşbəxt ömür sürüb.
Məktubun içində biz hər birimiz üçün pul və hər ikimizin adına yazılmış məktub var idi. "Keti, ya pitsa, ya krevet, ya da sevdiyiniz hər hansı yeməyi al və vanna hazırla. Məhəbbətlə, Elison xala".
"Brendon bir şüşə şərab və gül al. Məhəbbətlə, xala Elison".
Düşünürdük ki, bu məktub bizim ailəmizi qoruyub saxlayacaq və müəyyən mənada elə də oldu. Elison xalaya mənə belə dəyərli hədiyyə verdiyi üçün minnətdaram. O, şkafda düz doqquz il qaldı. Amma əbəs yerə olmadı. Bütün bu müddət ərzində biz səbirli və dözümlü olmağı, bir komanda və dost olmağı öyrəndik. Ən əsası isə başa düşdük ki, məhəbbəti qoruyub saxlaya biləcək heç bir alət yoxdur. İdeal nikahın açarı zərfin içində deyil, özümüzdədir"
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Konya · 19 Mart 23:3030

    Neyse...........

    Cavab yaz
  • Anonim
    Cikus · 19 Mart 23:5881

    Basiniz xarab olub ? Hala indiya qadar bu qadar manasiz yazi oxumamisam . Elzanin seri bundan yaxsidi.

    Cavab yaz
  • Anonim
    Men · 20 Mart 00:0741

    Guya Ağbırcek güclü öyud nesıhet verıb, pah! Sonrada deyırler get Avropada yasha, uşaqlar orada boyusun...

    Cavab yaz
  • Anonim
    konullu · 20 Mart 00:1721

    İnsanlarin sebrine baxib.evde biri surpriz var deyende az qaliram uwaq kimi her yeri axtarim.bunlardaki sebr..vay be..axir ki yene de bariwiq ucun yazilib.cox wukur.

    Cavab yaz
  • Anonim
    hehehehe · 20 Mart 00:5201

    hhhhhh

    Cavab yaz
  • Anonim
    gul · 20 Mart 01:4821

    BURDA GULMELI HECNE YOXDU SADECE AILESINI QORUYAN ER VE ONUN SADIQ XANIMI AILENI HER ZAMAN QORUMAQ LAZIMDIR KI BIR BIRINDEN QOPMASIN

    Cavab yaz
  • Anonim
    Nara · 20 Mart 07:0001

    Bu xeber kohne xeberdi.milli az deyesen xeber tapmirsan

    Cavab yaz
  • Anonim
    ŞEYX · 20 Mart 11:4810

    Mentalitetimizə uyğun deyil.Həta dil qüsuru elədir ki,heç kim yazıdan bir mətləb anlamadı...Sırf Avropanı və Qərbi lazımsız səviyyədə təqdim etməkdir!

    Cavab yaz
  • Anonim
    kassa · 20 Mart 15:3611

    Ən əsası isə başa düşdük ki, məhəbbəti qoruyub saxlaya biləcək heç bir alət yoxdur. İdeal nikahın açarı zərfin içində deyil, özümüzdədir"

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.