Maraqlı

12 yaşlı azərbaycanlı Rusiyada münsifləri heyran etdi - VİDEO

19 Mart 2017 20:24
7 Şərh     Baxış: 9 284

"Buludlar" mahnısını ifa edən "Sən supersən!"in Azərbaycandan olan iştirakçısı Xoşqədəm Mehdiyeva həm münsifləri, həm də tamaşaçıları valeh etdi.

Milli.Az istipress.com-a istinadən bildirir ki, Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. Onlar NTV telekanalının kastinqləri nəticəsində bu hüququ qazanıblar. Pərvanə Alcanovanın ilk çıxışı fevralın 18-də olub. "Ana" mahnısını ifa edən Alcanova ikinci tura çıxa bilib. Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.

Qeyd edək ki, "Sən supersən" valideyn himayəsindən məhrum olan 7-18 yaşlı uşaqların iştirak etdiyi müsabiqədir. Münsiflər heyəti müğənni Elka, Marqarita Suhankina , Viktor Drobş və Stas Pyekadan ibarətdir. Müsabiqədə Rusiya, Azərbaycan, , Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
12 yaşlı azərbaycanlı Rusiyada münsifləri heyran etdi

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Zaur. · 19 Mart 21:0130

    Allah kömeyi olsun balaca balamıza. Çox gözel çıxış eledi. Bizi valideyinlerini itirmesi kederlendirdi ancaq, heyat davam edir. Hemişe bele gözel abırlı heyalı olasan. Yekunda tekrar sevinc bexş eledi bize Eminin gelişi seni gözel warşılaması vallahi qürurvericidir yazmaqnan qurtarmayan qürur. Allahdan Emine uzun ömür can sağlığı, Xoşqedem sene de uğurlar gelecek karyeranda müveffeqiyyetlqer arzulayıram. Sağ olun.

    Cavab yaz
  • Anonim
    Şərəf · 19 Mart 21:0530

    Allah saxlasın.Sənin səsin münsiflərin sənə verdikləri dəyəri görəndə çox sevindim.Arzu edirəm ki,Allah sənin yoluna parlaq işıq saçsın və səsin bütün dünya arenalarından səslənsin.

    Cavab yaz
    • Anonim
      Arzu · 20 Mart 01:4810

      Allah Emin Aqalarovun canini saq etsin

      Cavab yaz
  • Anonim
    Gulya · 20 Mart 00:4810

    Aferin.uqurlar.hemise uzu gulsun Xosqedem balamizin. .

    Cavab yaz
  • Anonim
    Elxan · 20 Mart 14:3420

    Gözəl balam,şirin balam!!!Sənə həyatda böyük-böyük uğurlar və xoşbəxtlik arzulayıram!!!

    Cavab yaz
  • Anonim
    Yağmur · 20 Mart 14:5620

    Bextinde özün kimi gözel olar inşallah! Seni daha yüksek nailiyyetler arzulayıram,Allah Emin beye de can sağlığı versin,sağ olsunki,hemyerlilerine bele destek olur

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 21 Mart 14:2700

    Çox tesirlidi heqiqeten.Bir-birimizi sevek,deyer verek biz çox vefalı,merhemetli xalqıx.Kimsesiz bir qıza hemin anda desdek olmaq mence ibadete baraberdi. Sağolsun Emin numunevi hereket etdi.Men bütün Rusyada yaşayan dostdarımı bu cür addımlar atmağa,kimsesizlerimize,yoxsullarımıza,pis audesi olan vetendaşlarımıa kömek etmeye çağrıram.Bize qalan o olacaq,Bahalı cipler,gözel evler yox.Unutmayaq çırpaq gedeceyik ve ne vaxt?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.