Maraqlı

Mütəmadi tətil edən insanların sirləri - FOTO

19 Mart 2017 20:12
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Chris Lang çalışdığı şirkət limitsiz tətil siyasətini tətbiq etməyə başladıqda o, işdən icazəni ikiqat aşağı sala, işdən kənardakı günlərini diqqətlə planlaşdırmaqla bərabər heyəti ilə əlaqə qura bilir və başqalarını da həvəsləndirməyi bacarır.

Milli.Az BBC-yə istinadən bildirir ki, bir icraçı olaraq o, hər zaman icazə aldığı günləri diqqətlə ölçüb-biçib və sahibi olduğu bu Avropa şirkətinin geridə qalmaması üçün siyasətin düzgün təbliğinə can atıb.

"Ən vacibi, işlədiyin adamların sənin yoxluğunu doldura bilməsidir," o deyir.

Limitsiz tətil siyasəti getdikcə daha çox yayılırLimitsiz tətil siyasəti getdikcə daha çox yayılır

Strategiya öz bəhrəsini verir.

Amsterdamda yerləşən Bynder marketinq proqram təminatı şirkətinin ABŞ bölməsinin prezidenti kimi Lang, iş məqsədlərinə çataraq daha çox tətil götürməyi bacarıb. Keçən il, o, altı həftə istirahət götürüb (əvvəlki illə müqayisədə üç həftə daha artıq). Bu il isə, səkkiz həftə tətil götürməyi planlaşdırır.

"Tətil götürmənin ən çətin məqamlarından biri zamanlamadır," Bostonda yaşayan Lang deyir.

Limitsiz tətil siyasəti sayəsində, əksəriyyətimiz karyeramızı təhlükə altına atmayacaq və ya vəzifə artımına təsir etməyəcək şəkildə daha çox tətil edə bilərik. Bir ay İspaniya, bir ay Ştatlarda vaxt keçirənlərə baxdıqda bəzilərimiz, normal tətil keçirmədiyimizə görə qısqanclıq yaşayırıq.

Bəs onların sirri nədir?

"Özünü xilaskar olmadığına inandırmalısan", Lang söyləyir.

"Uzaq qalmaq dünyanın sonu kimi görünə bilər, amma elə deyil."

Dünya üzrə tətil siyasəti dəyişkəndir və bir çoxumuz hələ də tətili, istirahətə əks təsir kimi qəbul edirik. Britaniya və Aİ-nın əksər ölkələrində illik beş həftə tətil haqqı mövcuddur; bəzi hallarda isə qanunla tələb olunur. ABŞ-dakı əksər şirkətlər işçilərinə ildə iki və ya üç həftə tətil haqqı verir, amma, bu da qanuna uyğun olaraq şirkətdən şirkətə dəyişir.

Sinqapurda yerləşən işə qəbul firması 33Talent-n marketinq meneceri Rachel Mason-a görə, ölkələr arasında işləmək bəziləri üçün tətil haqqında istifadəni çətinləşdirə bilir.

"Mənim sinqapurlu dostlarım bəzən illik tətil haqlarından hər il istifadə etmirlər," 27 yaşlı Mason deyir.

"Britaniyada işləyən dostlarım isə bir neçə gün evdə qalmaqla belə olsa, hər il bundan istifadə edirlər."

Özünü düşün

Əksəriyyətimiz üçün başqalarının nə düşündüyünü fikirləşmək, tətilə çıxmaq üçün ən böyük maneədir.

Səmimilik yaradın və səfərlərdən əvvəl insanları xəbərdar edin, Jacob Shriar deyirSəmimilik yaradın və səfərlərdən əvvəl insanları xəbərdar edin, Jacob Shriar deyir

Bu isə demək olar ki, gizli formada tətilə çıxmaqla nəticələnir. Lakin, vaxtını ağıllı qura bilənlər qabaqcadan xəbər verməyi bacarırlar. Bu, səmimilik yaratmağa kömək edir, Kanada Monrealda Gsoft şirkətinin direktoru 29 yaşlı Jacob Shriar deyir.

Shriar tətilə getməmişdən öncə bunu komandasına dörd gün ərzində gündəlik görüşlərdə xartırladır və ümumi lövhəyə qeyd edir.

"İnsanlara öncədən xəbərdarlıq etmək üçün əlimdən gələni edirəm," Shriar deyir. O, bu yaxınlarda Barselona və New York-a səfər edib. Ofisdən uzaqlaşanda xəbərdarlıq etmək kimi ənənə formalaşdırmaq, digərlərinin də bunu etməsi üçün şərait yaradır deyə o əlavə edir.

Çox çalış ki, üstünlük səndə olsun

İaşə şirkəti CaterCow-n satış rəhbəri Tyler Maynard-a görə, harada və nə zaman tətilə çıxmaq üçün məqsədlər çox mühümdür. O, iki və ya üç həftəlik tətil götürməklə yanaşı, işdən daha artıq uzaq qalmanın yaradıcı yolunu tapıb.

Keçmiş investisiya bank işçisi olan Maynard, CaterCow-n ildə üç ay uzaqda işləmə siyasətindən yararlanır (bu il o, Vermontda dağ xizəyi sürməyi və Kolumbiyaya səyahət planlaşdırır).

Uzaqdan işlədiyi aylarda o, normal görüş və ya əvəzləmə istisna olmaqla tipik doqquz saatlıq işi altı saata görə bilir. Əgər tezdən iş görməyə başlayarsa, artıq günortayadək bitirmiş olar.

Tyler Maynard-a görə tətilə çıxmaq üçün məqsədlər çox mühümdürTyler Maynard-a görə tətilə çıxmaq üçün məqsədlər çox mühümdür

Müntəzəm tətil edənlərin uğurlu alınan daha bir sirləri də var. Onlar birdən-birə çox gündən istifadə etmirlər. Əvəzində sosial həyatın davamlılığı üçün və ya bir neçə həftə gərgin işdən sonra, bir gün istirahət götürürlər, Shriar deyir.

Ofisdən kənar strategiya hazırlayın

İşdəki təcili məqamlar və ya cavab verilməsi vacib zənglər, tətilin müddətindən asılı olmayaraq hər zaman baş verir. Burada incə məqam, həmin anlarda necə davranmaqdadır.

Tətilə çıxmamışdan qabaq, əsaslı qaydalar qoymaq lazımdır, Mason deyir. Misal üçün o, həmkarlarına onunla necə və nə zaman əlaqə qura biləcəyini və ya e-maillərini yoxlayıb-yoxlamayacağını əvvəlcədən bildirir.

Tətilə çıxmamışdan qabaq, əsaslı qaydalar qoymaq lazımdır, Rachel Mason deyirTətilə çıxmamışdan qabaq, əsaslı qaydalar qoymaq lazımdır, Rachel Mason deyir

Ofisə yenidən alışma

Bütün yaxşı şeylərin sonu olur. Mütəmadi tətil edənlərin əziyyət çəkdiyi ofisə alışmanın minimuma endirmə də çox vacibdir.

Jurnal çapı platforması şirkəti Issuu-n meneceri 34 yaşlı Denise Twum, tətilə çıxmamışdan öncə, həmkarlarına bitirmək üçün tapşırıqlarla dolu tablo verir.

Denise Twum Cənubi Koreyaya səfərdəDenise Twum Cənubi Koreyaya səfərdə

O, Cənubi Koreyaya iki həftəlik səfərdən və ya Qanada qohumlarına baş çəkdikdən sonra, Kaliforniyada yaşadığı Palo Alto-a qayıtdığı günün həftəsonuna düşməsinə çalışır ki, rutinə qayıtsın, e-maillərini yoxlasın və bazar ertəsi işə başladıqda haradan başlamalı olduğunu müəyyənləşdirə bilsin.

Ofisə qayıtmamışdan öncə işlə bağlı stressi azaltmaq və görəcəyi işlərin ona pis təsir etməyəcəyindən əmin olmaq üçün o, bunu etdiyini deyir.

"Həftəsonu, baş verənlərlə ayaqlaşmaq və bu haqda həmkarlarımla söhbətləşmək üçün özümü hazırlamağın əla yoludur. İşə yaxşı notlarla başlayacağımdan əmin olmağa çalışıram."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.