Maraqlı

Sosial şəbəkələrdə paylaşılan elan Somaliyə kömək oldu – VİDEO

18 Mart 2017 23:37
3 Şərh     Baxış: 2 945

Sosial şəbəkələrdə Somaliyə yardım üçün paylaşılan bir elan internet istifadəçilərini bir araya gətirdi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Jerome Jarr adlı internet istifadəçisi xəbərlərdə Somalidə acından ölən insanları gördükdən sonra yardım etmək qərarına gəlib.

İnternetdə araşdırdıqdan sonra oraya uçan yeganə hava yolu şirkətinin Turkish Airlines olduğunun fərqinə varıb. Daha sonra o sosial şəbəkələr vasitəsilə Turkish Airlines-a Somalidə hal-hazırda aclıqdan əziyyət çəkənlərə təcili yardım göstərməsi üçün müraciət edib.

Onun etdiyi müraciət cavabsız qalmayıb. Belə ki, aviasiya nəhənglərindən olan şirkət Somaliyə yardım aparmaq üçün heç bir ödənişsiz karqo təyyarəsi təmin edəcəyini bildirib.

Daha sonra isə 60 tonluq təyyarəni ərzaq və digər humanitar yardım vasitələri ilə doldurmaq qalırdı. Bunun üçün isə Jeromun cəmi 11 günü olub.

Yenə də internet üzərindən başladılan kampaniyaya insanlar laqeyd qalmayıblar və təyyarənin doldurulması üçün tələb olunan 1 milyon dollardan 937 min dolları 33648 nəfərin ianəsi ilə cəmi 20 saat ərzində toplanıb

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial şəbəkələrdə paylaşılan elan Somaliyə kömək oldu

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    asi · 18 Mart 23:5630

    Halal olsun..

    Cavab yaz
  • Anonim
    Hc · 19 Mart 00:1730

    Allah köməyi olsun.hər iki dünyasinda onu bəxtəvət eləsin

    Cavab yaz
  • Anonim
    Umrao · 19 Mart 00:4040

    Xeyirxah insanlari cox sevirem.Sevindim.Milyonculardan haray yoxdu.Ne etse ele sade camaat edecek.O acliqdan olumle carpishan ushaqlar kash gonderilenlerle xilas ola bileler.Goresen heqiqeten Somaliye catdirilacaq.Ne olardi ne qeder ushaqlar xilas olardi inshallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.