Maraqlı

3 kiloqram ağırlığında limon yetişdirilib

18 Mart 2017 21:49
0 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan Milli Universiteti nəzdindəki Kimya və Fizika polimerləri Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Muxammadaziz Faxritdinov çəkisizlik şəraitində təxminən 3 kiloqram ağırlığı olan tezyetişən limon əldə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sitrus meyvəsi keyfiyyətinə görə adi limonlardan heç nə ilə fərqlənmir.

M.Faxritdinov jurnalistlərə bildirib ki, bu ağırlıqda limonun yetişdirilməsi institutun kollektivinin yaratdığı "Uzxitan" preparatı sayəsində mümkün olub. O deyib ki, əvvəl zoğ əmələ gəlməsi üçün 60 gün tələb olunurdu, bu preparatın köməyi ilə bu vaxt iki dəfə tezləşib. Tinglər əvvəl istixanada yetişdirilir, sonra açıq havaya köçürülür. Üç il ərzində bu tinglərə lazımi qaydada qulluq edilərsə, onlar 10 dərəcə şaxtaya davamlı olur. Bir koldan 5 il ərzində 120-150 limon yığmaq olar. Bu sort xəstəliklərə davamlıdır, işığı və nəmişliyi sevir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.