Maraqlı

Evdən işləyənlər hansı maneələrlə üzləşir? - FOTO

18 Mart 2017 20:03
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evdən işləməyin öz üstünlükləri ola bilər. Ancaq cürbəcür maneələrin olduğu yerdə sakitlik tapmaq çətin olur.

Bu həftə səhərimin bir hissəsini qaranlıq qarajımda park etdiyim maşının içərisində işləməklə keçirdim.

Çikaqoda qış olsa da, işıq və istiliyi söndürmüşdüm.

Başqa seçimim yox idi. İş üçün podkast yazmaq üçün tam sakitliyə ehtiyacım var idi. Ancaq mənin iki balaca uşağım evdə idi və mən işimi yarımçıq qoymaq riski qarşısında qala bilməzdim.

Kelly

Cənab Kelly özünün Seuldakı ev ofisindən BBC-nin xəbərlər proqramına müsahibə verdiyi zaman uşaqları otağa daxil olub.

Mən həmişə bimişəm ki, evdə işləmək üçün ən incə manevrlərə belə gedən yeganə adam deyiləm.

Siyasi elmlər professoru və beynəlxalq münasibətlər üzrə mütəxəssis Robert Kelly Cənubi Koreya prezidentinin impiçmenti kimi çox ciddi mövzuda BBC-yə canlı yayımda müsahibə verirdi.

Ancaq onun müsahibəsi yarımçıq kəsildi.

Məsafədən işləyən milyonlarla insan kimi Kelly ilə məni birləşdirən ortaq məqamlar var: biz məsafədən işləmək üçün smartfon və telefonlardan istifadə edirik.

Bizim özümüzə aid ofisimiz olsa da, adətən tam sakitlik tələb edən zənglər zamanı bu ofislər işə yaramaya bilir.

At

Özü də işə mane olan heç də həmişə aktiv uşaqlar deyil.

"Burson Marsteller" kommunikasiya şirkətinin direktoru Christine Benton tamamilə başqa müdaxilələrlə üzləşib.

Telekonfrans zamanı onun atı sahibəsinin diqqətini cəlb etmək üçün ofisin pəncərəsi qarşısında kişnəyib.

Bu zaman Benton vəziyyəti izah etmək üçün kompüterinin kamerasını həyətdə otlayan Kokoya tərəf çevirərək üzr istəyib. Bu, tezliklə unudula biləcək hadisə deyil.

"Siz müştəri ilə danışırsınızsa, onlar bunu yadda saxlayırlar", - Benton deyir. Benton azı 13 ildir ki, evdən işləyir.

Onun Kaliforniyada, San Dieqo yaxınlığında ferması var. Benton deyir ki, Kokonun özünü tanıtması müştərilərlə əlaqələr qurmağa kömək edir.

Ancaq nə qədər olmasa, maneələr daha stresli vəziyyətlər yaradır və bəzi qəribə məqamlara yol açır.

Kelly özünün Seuldakı ev ofisindən BBC-nin xəbərlər proqramına müsahibə verdiyi zaman uşaqlarının otağa daxil olmasını əks etdirən videoyazını bütün dünya gördü.

Sosial mediada yazılan şərhlər əsasən anlayış ifadə edirdi. Bütün dünyadan valideynlər özlərini Kelly-nin yerinə qoydular və vəziyyətdən necə çıxacaqlarını yazmağa başladılar.

Digərləri isə professorun yaranmış vəziyyətdən həddindən artıq narahat olduğunu yazdılar.

Artıq maneə deyil

Belə vəziyyətlər artıq bir zamanlar olduğu kimi karyeraya mane olmur.

"Həmkarlar və müştərilər anlayırlar ki, həyat işə müdaxilə edə bilər. İndi daha az stiqma var", - Nyu Yorkda yaşayan, millenial nəslinə aid şəxslər üzrə ixtisaslaşan karyera təlimçisi Jill Jacinto deyir.

Evdən işləmək ilk baxışdan stresi azaldır.

Məsafə qət etmirsən, həmkarlar səni işdən yayındırmır, kafedə işləyən zaman ətrafdakı uğultudan yorulmursan...

Ancaq, Eurofound (Avropa Həyat və İş Şəraitinin Yaxşılaşdırılması Fondu) və Beynəlxalq Əmək Təşkilatının birgə hesabatında deyilir ki, özünü ofis işçisi sayanların 25%-i stresdən şikayət etdiyi halda, özünü son dərəcə mobil hesab edən işçilərin arasında bu göstərici 41 %-dir.

Qadın

Aramızda çox az adam canlı televiziya yayımı zamanı maneə ilə qarşılaşıb.

Ancaq, xoş olmayan vəziyyətlərin qarşısını almaq üçün təcrübəli məsafədən çalışanlar həmkarları əvvəlcədən məlumatlandırmağı tövsiyyə edirlər.

"Anteris Consulting Group"un yaradıcısı, Nyu Yorkda yaşayan Mark Oser zəngdən əvvəl müştərilərinə evdə uşaqların olduğunu bildirir.

Nəticədə uşaqların yaratdığı maneələr artıq sürpriz olmur.

Oser həmçinin özünün iki məktəb yaşlı uşağına çalışdığı zaman otağa girməyə icazə verir.

Ancaq yalnız evdən işləməklə yaxından tanış olan tərəfdaşlarla söhbət zamanı. Bununla yanaşı, o uşaqlarına tapşırır ki, yeni müştərilərlə danışdığı zaman sakit dursunlar və iş otağına yaxın gəlməsinlər.

Hərçənd, o da bunun ideal çıxış yolu olmadığını etiraf edir.

"Mənim prezentasiyamın ortasında uşaqlar dalaşmağa başlayarsa, mən proqramda səsi kəsirəm və "bağışlayın" deyirəm. Sonra uşaqları dərhal sakitləşdirib onlar üçün televizoru açıram", - o deyir.

Anlayışlar fərqli olur

"Şirkətlər istedadlı, xüsusən də gənc işçiləri saxlamağa çalışırlar. Hətta daha iri şirkətlər belə evdən işləmək məsələsini daha çox anlayışla qəbul etməyə başlayıblar", - ABŞ-ın Viskonsin ştatında, Miluokidə yerləşən insan resursları üzrə beynəlxalq konsaltinq şirkəti "Manpower Group"un direktoru Chris Layton deyir.

O deyir ki, fərq o qədər də böyük deyil, onsuz da dünyanın fərqli yerlərində çalışan insanlarla işlədiyimiz zaman müəyyən dəyişiklər etməli oluruq.

"Ənənəvi model dəyişməkdədir", - o deyir.

Pennsilvaniya Universitetinin Wharton Maliyyə və İqtisadiyyat Məktəbinin professoru Lynn Wu deyir:

"Əlbəttə, heç də hər kəs evdən işləyənlərin üzləşdiyi maneələrə bir o qədər anlayışla yanaşmır".

Doktor Wu apardığı tədqiqat nəticəsində aşkar edib ki, övlad sahibi olmayan daha gənc işçilər şəxsi səviyyədə məsələləri anlamağa çətinlik çəkə, uşaqlarla bağlı maneələri qeyri-peşəkar hesab edə bilərlər.

"İşləyən valideynlər xeyli daha anlayışlıdır, gənc insanlarsa bir o qədər də yox. Onlar düşünürlər ki, eyni zamanda həm uşaqlara baxmaq, həm də işləmək çox qeyri-peşəkar haldır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.