Maraqlı

3 uşaq anasını, qızını və kirayənişini öldürdü: "Səni sevirəm, niyə belə edirsən?" - FOTO

18 Mart 2017 13:55
3 Şərh     Baxış: 27 680

25 yaşlı Karlos Hernandez-Ventura 3 uşağı olan sevgilisini, onun qızını və kirayənişini öldürməkdə günahlandırılır.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, o, qurbanlarını eyni bıçaqla öldürüb.

Qatil qadının qızını və 78 yaşlı kirayənişini öldürdükdən sonra sevgilisinin üstünə hücum edib, onun qolunu kəsib. Bu zaman qadın çarəsizcə ona yalvarıb:

"Səni sevirəm, niyə belə edirsən?"

Qatil qadının qızını hamamdan çıxarkən bıçaqlayıb. Polislərin dediyinə görə, onun boynunda kəsik izləri var.

Dəhşətli cinayətdən sonra Karlos öldürdüyü sevgilisinin avtomobilini qaçırıb. O, 13 mil məsafə qət etdikdən sonra benzin qurtarıb.

O tutulub, xəstəxanaya aparılıb. Qatilin ilk ifadəsi xəstəxanada alınıb.

Karlos məhkəməyə çıxarılıb. Onun vəkilləri iddia edib ki, qadınları öldürmək barədə əmri onun keçmiş əri verib. 

Hadisə ilə bağlı araşdırma davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Filizz · 18 Mart 15:0960

    3 usaq anasi niye bele munasibet qurur kii axirida bele ola axii

    Cavab yaz
  • Anonim
    MiruMir · 18 Mart 16:1410

    Dehwet.Emri qadinin kecmiw eri veribse 78 yawli qadini niye öldurur bes? Melikmemmed nagili daniwmasin ...

    Cavab yaz
  • Anonim
    Ofa · 18 Mart 17:2480

    Bezi gadinlara hec oz erleri sadig olmur,yad kiwiler ona urek yandiracag,ovladina atalig edecek?Ne geder kobud da olsa yene ganuni er ailesine yanir.Ailecanli kiwilerin gedrini bilmek lazimdir.Geyri resmi elage cox pis haldir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.