Maraqlı

Ağlayan Esra tənqid olundu: "Hər gün 100 min qazanırsınız"

18 Mart 2017 12:34
2 Şərh     Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə evlilik proqramlarının qanuni şəkildə bağlanacağı deyildikdən sonra aparıcı Esra Erol efirdə "Mən də bezmişəm. Bu şər-böhtanla yaşaya bilmərəm" demişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Hürriyet" qəzetinin yazarı Cengiz Semercioğlu Esranı sərt tənqid edən yazı yazıb. O, qeyd edib:

"Esra Erol sevdiyim və proqramlarına verdiyi zəhməti hər zaman alqışladığım bir dostumdur. Amma hər dəfə "Mən bu proqramı tərk edəcəyəm. Bu çirkabın içində yer ala bilmərəm" kimi açıqlamaları artıq inandırıcılığını itirdi. Fox TV-də olduğundan bəri evlilik proqramı etməyəcəyini deyir, hətta dəyişiklik də etmişdi. Amma gördü ki, alınmır, yenidən sərt şəkildə evlilik verilişi təşkil etdi. Hətta ATV-yə keçdi. İstəmirsənsə, etmə, Esra. Kimsə sənə bunu silah gücü ilə gördürmür. Bu qədər nifrət edirsənsə, işindən, kaş ki, mövsümün əvvəlində müqaviləni artırmasaydın, "Mən bu işi görmək istəmirəm" desəydin.

Gündəlik 80-100 min lirə qazanırsınız, sonra da durub "Bu işi görməyəcəyəm, yaşaya bilmərəm" falan deyirsiniz. Ya işi burax, ya da səssiz qal".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.