Maraqlı

Üç nəfərin genini daşıyacaq körpə üçün ilk klinika

19 Mart 2017 22:35
0 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Newscastle şəhərindəki həkimlər, ölkə iki ana və bir atanın genlərini daşıyacaq körpəni dünayaya gətirmək üçün lazım olan lisenziyanı alıblar.
İki qadının yumurtaları və bir kişinin spermalarının istifadə olunacağı üsulun əsas məqsədi ölümcül mitokondriya (hüceyrə) xəstəliklərinin qarşısını almaqdır.
Milli.Az BBC-yə istinadən bildirir ki, hər bir 6500 körpədən biri ciddi mitokondriyalı xəstəliklə doğulur. Bu cür xəstəliklə doğulanlarda enerji çatışmazlığı üzündən vücud funksiyalarını yerinə yetirə bilmir.
Bu da əzələ gücsüzlüyünə, ürək çatışmazlığına və hətta ölümə yol aça bilər.
Xəstəlik hüceyrələrdə hərəkəti təmin edən qisimlərin zərər görməsiylə ortaya çıxır.
Mitokondriya yalnızca analardan körpələrə keçir və özünə xas bir DNT-si var.
'İlk körpə 2018-də'
Bu üsulla anaların yumurtalığındakı yararsız genlər çıxardılaraq onun yerinə başqa bir qadından alınan sağlam genlər yerləşdirləcək.
Beləliklə, yeni üsulla doğulacaq körpə hər üç nəfərin DNT-nı (Dezoksiribonuklein turşusu) daşımış olacaq.
Newcastle-dakı klinika bu əməliyyat üçün yetərli olduğuna dair lisenziyanı əldə edib.
Bundan sonra bu əməliyyatın tətbiq ediləcəyi xəstələrin də lisenziya alması lazımdır. Həkimlər bu üsulla ilk körpənin 2018-ci ildə doğulacağını gözləyirlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.