Maraqlı

Bentley elektrik rodster təqdim etdi - FOTO

16 Aprel 2017 19:05
0 Şərh     Baxış: 314

Cenevrə 2017 motor-şousunda konseptual elektrik rodsteri Bentley EXP 12 Speed 6e-nin təqdimatı olub. Bu modelin salonunun işlənməsi üçün britaniyalılar təbii dəridən, misdən və ağacdan olan dekorativ əlavələrdən istifadə ediblər.

Milli.Az auto.az-a istinadən bildirir ki, rodsterin mərkəzi konsolunda əyri sensorlu OLED-displey yerləşdirilib ki, onun köməyi ilə əyləncə proqramlarını, naviqatoru, havalandırmanı, o cümlədən digər funksiyaları idarə etmək olar.

Bentley yeniliyin güc qurğusu barədə hələlik məlumat verməyib, lakin brendin nümayəndələri bildiriblər ki, elektromobil akkumulyatorların simsiz doldurulması sistemi ilə təchiz edilib.

Jurnalistlərin suallarına cavab verən britaniyalılar bildiriblər ki, rodster tam dolu akkumulyatorla Londondan Parisə gedə, yəni, 500 km məsafə qət edə bilər. Bentley EXP 12 Speed 6e Concept əlavə elektronika rejimi alıb ki, bu, onu daha sürətli edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.