Maraqlı

Porsche-dan təkmilləşdirilmiş 911 GT3 - FOTO

16 Aprel 2017 20:05
0 Şərh     Baxış: 314

Cenevrə 2017 avtosalonu 991.2 banında 2018-ci il model təkmilləşdirilmiş kupe Porsche 911 GT3-nin təqdimat məkanı oldu. Gözlənildiyi kimi, restaylinqdən sonra sportkar daha güclü və cəld alınıb. Həmçinin mexaniki sürət qutusu ilə təchiz edilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, Porsche 911 GT3 dəyişilmiş bamperlər, ətraflarda yeni işıq texnikası, salonda isə fərqli sükan, təkmilləşdirilmiş oturacaqlar alıb. Yenilik 6-silindrli, 500 a.g. və 460 Nm fırlanma anına malik 4,0-litrlik mühərrik alıb. Mühərrik 911 R modeli üçün hazırlanmış 6-pilləli mexaniki sürət qutusu ilə birgə çalışır.

Porsche 911 GT3 yerindən 100 km/saata 3,4 saniyə vaxt sərf edir, mexaniki sürət qutusu ilə 3,9 saniyə. Maksimal sürət 320 km/saatdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.