Maraqlı

Audi-dən yeni konsept - FOTO

16 Aprel 2017 21:05
0 Şərh     Baxış: 376

Audi Cenevrə avtosalonunda krossover Audi Q8 Sport-un konseptini təqdim edib. Yenilik şirkətin yanvar ayında göstərdiyi sadə Q8-dən fərqi radiator barmaqlığında, qara parlaq detallarda və 12 mm enliləşdirilmiş təkər arkalarındadır.

Milli.Az auto.az-a istinadən bildirir ki, krossover elektrik turbini olan 3-litrlik TFSI hibrid güc qurğusu, starter-generator, 0,9 kilovat saatlıq həcmi olan tökmə-ionlu batareya və əyləc zamanı rekuperasiya sistemi ilə təchiz edilib. Qurğu 476 a.g.-ə malikdir.

Krossover 100 km/saata 4,7 saniyəyə sürətlənir. Maksimal sürət 275 km/saatdır. Audi-dən bildiriblər ki, Q8 Sport uzaq yollar üçün əla krossoverdir. Belə ki, o, yanacaqla tam dolu çən ilə 1200 km məsafə qət edə bilər.

Çox güman ki, Audi Q8 Sport-un seriyalı versiyası 2019-cu ildə bazara çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.