Maraqlı

İtmiş uşaq timsahın qarnından çıxarıldı - VİDEO - FOTO

18 Mart 2017 12:07
6 Şərh     Baxış: 12 780

Ötən həftə günorta saatlarında evdən çıxaraq yaxınlıqdakı Dande çayına çimməyə gedən 8 yaşlı Akkim Masevo itkin düşmüşdü. Valideynləri və kənd sakinləri onu nə qədər axtarsalar da, tapa bilməmişdilər.

Dünənsə Akkim tapılıb. Daha doğrusu, onun vücudunun qalıqları adamyeyən timsahın qarnından çıxarılıb.

Milli.Az Bulawayo24-ə istinadən bildirir ki, qorxunc olay Zimbabvenin şimalındakı Maşonalend əyalətində, Mbire bölgəsindəki Muvhundika kəndində yaşanıb.

Kəndin kənarındakı çayda yaşayan və son vaxtlar ev heyvanları yeməyə dadanan timsahı kəndlilər güllələyərək öldürüblər.

Timsahın qarnı yarılanda isə orada A.Masevonun cəsədinin qalıqları aşkarlanıb.

Qalıqların məhz A.Masevonun cəsədinin parçaları olduğunu oğlanın atası, 56 yaşlı Vision Masevo təsdiqləyib.

Bu yaxınlarda Maşonalend-İst vilayətindəki Beatrice kəndində ovçuların öldürdükləri timsahın qarnından kişi cəsədinin qalıqları tapılıb. Həmin şəxs itkin düşmüş balıqçı idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli kadrlar görənləri heyrətləndirdi

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Umrao · 18 Mart 12:1450

    ((((( yaziq ushaq harayina yeten olmayib.

    Cavab yaz
  • Anonim
    ♌ Nara ♌ · 18 Mart 13:4530

    Ay aman dozulmez bir hadisedi.Indi bu uwagin valideyinleri ne cekir .

    Cavab yaz
  • Anonim
    MiruMir · 18 Mart 13:5120

    Yaziq uwaq neler cekib ((( İcim parcalandi (((

    Cavab yaz
  • Anonim
    cavid · 18 Mart 13:5140

    ən nifrət etdiyim heyvandı da bu timsah.

    Cavab yaz
  • Anonim
    Xəzər · 18 Mart 17:2810

    Alçaq heyvan

    Cavab yaz
  • Anonim
    Turush · 18 Mart 19:5310

    Allah rehmet etsin.amma valideynde de gunah var.bilirsiz ki o cayda timsah var usaga niye orda cimmeye icaze verirsiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.