Maraqlı

Esra Erol ağladı: "64 uşağı da mən doğmuşam" - VİDEO

17 Mart 2017 14:56
2 Şərh     Baxış: 2 759

ATV-də evlilik proqramına aparıcılıq edən Esra Erol tamaşaçılarla vidalaşaraq canlı yayımda ağlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən baş nazirin köməkçisi Numan Kurtulmuş yeni mövsümdən etibarən evlilik proqramlarının yayımdan yığışdırıla biləcəyini demişdi.

E.Erol da bunu nəzərdə tutaraq "Bağlayın, sizin də canınız qurtarsın, mənim də... Çünki çox yorulmuşam. Bu 10 il ərzində şərəfimi hər şeydən üstün tutdum. Son iki ildə yer aldığım çirkin xəbərlərin içində olmaq istəmirəm. Mənim şərəfim, qürurum, namusum gördüyüm hər işdən, qazandığım hər işdən önəmlidir. Mən atamdan belə öyrənmişəm. Bu mövsümdən sonra artıq yoxam".

O, bir neçə gün əvvəl proqramın keçmiş iştirakçılarından olan bir gəlin namizədin verilişdəki hər şeyin qurama olduğunu iddia etməsinə də cavab verib:

"Burada yaşanan hər şey qurama, sən də, sənin yaşadıqların da quramadır... 64 uşağı da mən doğmuşam. Nə deyə bilərəm başqa?"

Qeyd edək ki, 10 il ərzində proqramda 330 nikah kəsilib, evlənən cütlüklərin 64 övladı dünyaya gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Keder ocağim · 17 Mart 15:3031

    Esra xanim adasiniz.

    Cavab yaz
  • Anonim
    kate · 17 Mart 16:4010

    Əgər bu qədər sixilirdisa gederdi de özü. Ama pul.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.