Maraqlı

İnanılmaz dəyişikliklik: özünü görüb ağladı - VİDEO - FOTO

17 Mart 2017 11:23
4 Şərh     Baxış: 3 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aman Tanrım! Tanrım... Bu mənəm?! Bu mənəm... Necə də dəyişmişəm. Sanki, mən deyiləm...

55 yaşlı Xose Antonio aynada özünü görəndə heyrətlənib, təəccüblənib, kövrəlib, ağlayıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, evi, eşiyi olmayan Xose İspaniyanın Palma di Mayorka şəhərində yaşayır. O, məhəllənin küçədə yaşayan sakinidir. Vaxtilə elektrik işləmiş Xose indi həyatını küçələrdə keçirir.

Şəhərdəki "La Salvajeria" bərbərxanası da Xose Antonionun zahiri görkəmini dəyişmək qərarına gəlib.

Xose bərbərxanaya dəvət olunub. Partlaşıq saqqallı, dağınıq və uzun saçlı Xose kresloya oturdulub. Onun saçı, saqqalı qırxılıb, boyanıb və sonucda Xose dəyişib.

3 yaşını qeyd edən bərbərxana ötən ilin iyun ayında baş vermiş bu olayın videosunu indi, yubileyi səbəbiylə Facebook-dakı səhifəsində yayıb.

Video sosial şəbəkələrdə sürətlə populyarlaşıb.

Məhəllədəki avtomobil dayanacağında gözətçi işləyən və bu minvalla yemək pulunu qazanan Xose 25 ildir küçələrdədir.

O küçələrin hisinin, pasının, üstəlik yaşamının dərdlərinin, sanki, çökdüyü ağ saçlarının ahıl qoca kimi göstərdiyi Xose aynada ilk dəfə özünü görəndə, sanki, affekt vəziyyətinə düşmüşdü.

Xose o qədər dəyişib ki, məhəllədəki barda çalışan barmen ona pivə verəndə kişini tanımayıb.

Xose Antonionun transformasiyasını rejissor Dr Filmgood çəkib.

"La Salvajeria"nın sahibi Salva Qarsiyanın dediyinə görə, bu videodan sonra Xose Antonionun həyatı dəyişib: "İndi onun evi və işi var. Xose əla insandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İnanılmaz dəyişikliklik: özünü görüb ağladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.