Maraqlı

İnsanlar Marsa getsə onları nə gözləyir? - FOTO

16 Mart 2017 23:14
1 Şərh     Baxış: 1 483

20 yaşlı Paskal Lee Kanadadakı arktik regiona baş çəkir və özündə belə təsəvvür formalaşdırmaq istəyir ki, guya Marsdadır. Çünki burada olan cansız, quru, görkəmsiz şərait "qırmızı planet"də - Marsda da mövcuddur.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bu, Marsda gəzən robotları idarə etmək texnikasına yiyələnmək üçün onun bənzərsiz məşq meydançasına çevrilir.
 
Kaliforniyada Yerdən kənarda şüurun olub-olmaması ilə bağlı araşdırma aparan SETİ İnstitutu insanlar üçün kosmik təhdidləri tədqiq etmək istəyərkən isə, insanlar "qırmızı planeti" müstəmləkəyə çevirməyə hazırlaşır.
İnsanların Marsa uça bilməsindən sonra isə bir neçə ssenarinin hansı formada reallaşacağı isə müzakirə mövzusudur.


 
Məsələn, Amerikadakı elmi institutlar tərəfindən araşdırılır ki, insanlar əgər Marsa uçacaqsa, onda bizim bədənimizdə məskən salan mikroblar oradakı şəraitə uyğunlaşa biləcəkmi? Ya bəlkə Marsdakı mikrobları sıradan çıxaracaq?
 
Aparılan tədqiqatlar göstərir ki, bu sualın cavabı "yox"dur. Çünki Marsın iqlimi, intensiv ultrabənövşəyi şüaları insanlardakı mikrobları məhv etməyə qadirdir.
İnsanlar kosmik nəqliyyat vasitələrini təkmilləşdirirlər - bu isə ondan xəbər verir ki, bəşər övladı Marsı öz müstəmləkəsinə çevirməyi qarşısına məqsəd qoyub.
 
Lakin digər bir sual da ortaya çıxır: Marsda həyat varsa, insanlar ora düşsə, marslılar tərəfindən ölümcül təhlükə ilə üzləşəcəklərmi?
 
Əlbəttə ki, bütün bunlar çətin suallardır.
 
Ümumiyyətlə, təkcə Marsdan söhbət getməməlidir, nəzərə almaq lazımdır ki, başqa planetlərdə də həyatın olması mümkündür. Alimlər qətiyyən bu versiyadan şübhə etmirlər.
 
"Yer orqanizmlərinin bəzi növləri üçün Mars nəhəng qida mənbəyidir. Amma biz bilmirik ki, orqanizmlər Yerdəki kimi Marsda hansı tezlik və sürətlə çoxala bilərlər". Bu fikirlər isə NASA-nın Planaetlər Müdafiəsi Bölməsinin rəhbəri Ketrin Konliyə məxsusdur.


 
O bildirir ki, hazırda diqqət daha çox Marsa yönəldiyindən bu planet gələcəkdə müstəmləkəçiliyin həqiqi obyekti olma riskini özündə saxlayır. Amma bu, hələ başqa planetlərdə həyatın olmaması anlamına da gəlmir.
 
"Ən müxtəlif və ağlagəlməz ssenariləri təsəvvürümüzdə canlandıra bilərik. Əsas problem bundan ibarətdir ki, əvvəldən fərqli olaraq indi hər şey açıqdır. Araşdırmalar ictimaiyyətə təqdim edilir. Buna görə, konkret hadisə yaranmazdan qabaq problemləri həll etmək lazımdır" -Konli Marsın və başqa planetlərin çirkləndirilməsinin hüquqi nəticələrini nəzərdə tutaraq belə deyir.
 
Ən pis ssenari isə bundan ibarətdir ki, belə təhlükələr başqa planetlər üçün də mövcuddur.
 
"Götürək elektrik enerjisindən istifadəni. İnsanlar başqa planetlərdə yaşamaq üçün məcburdur ki, orada elektrik istehsalat qurğularını hazırlasınlar. Marsda "perxlorat" adlı zəhərli maddə var ki, o, "qırmızı planet"də bütün tozun miqdarının 1 faizini təşkil edir.
 
Böyük enerji potensialına malik olan bu maddə Marsda insanlar üçün yaxşı enerji mənbəyi rolunu oynayır. Lakin vəziyyət kökündən dəyişə bilər: Əgər Yer sakinləri ilə özləri ilə mikrob gətirəcəklərsə, onun hamısı Marsda məhv olacaq, xüsusilə biz "perxlorat"dan istifadə edəcəyiksə"-Konli fərziyyəsini söyləyir.


 
Alimlər həmçinin onu da araşdırırlar ki, insanların Mars və ya digər planetlərdə fəaliyyətləri Yerə hansı zərəri vura bilər.
Avropa Kosmik Agentliyinin əməkdaşı Gerhard Kminek bildirir ki, beynəlxalq kosmik agentliklər kosmik gəmilərdə maksimum yüksək standartlara cavab verən şərait hazırlamalıdırlar.
"Amma demək lazımdır ki, ekspedisiyaların standartları bu və ya digər göy cismindən asılı olaraq fərqlənir. Məsələn, Marsda, atmosfer sıxdır və buna görə də, mikroblar ora düşən kimi yanacaqlar"-Kminek deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    SPARTALI · 16 Mart 23:1620

    Insanlari deye bilmerem Mars xaraba olacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.