Maraqlı

"Mən şərəfsiz deyiləm..." - Esradan hökumətin qərarına münasibət

16 Mart 2017 20:40
2 Şərh     Baxış: 5 917

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bu gün verdiyi açıqlamada evlilik verilişlərinin ləğv ediləcəyini söyləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aparıcı Esra Erol hökumətin bu qərarına canlı efir zamanı münasibət bildirərək mövsümün sonunda proqramla vidalaşacağını bildirib.

"Cənab, bu proqramları bağlayın, sizin də canınız qurtarsın, mənim də...10 ildir ekranlardayam, 10 ildir bu verilişi aparıram və bunu haralarasa aparmaq istədim. Bu işə çox əmək vermişəm, bir uşağı böyütdüm...Amma proqramın son 2 ildəki vəziyyəti məni həyatımdan bezdirdi. Mövsümün sonuna qədər verilişi aparacağam. Mən şərəfsiz insan deyiləm. O xəbərlərin içində olmaq istəmirəm. Şərəfim, vicdanım, qürurum gördüyüm hər işdən, qazandığım puldan da önəmlidir. Bütün bunları atamdan öyrənmişəm. Hardasa palçıq varsa, o, sizə də bulaşacaq. Mən o palçıqla yaşaya bilmərəm", - deyə aparıcı qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ... · 16 Mart 20:5404

    Esraya.Ģel Samaxiya.Orada is taparsanm

    Cavab yaz
  • Anonim
    sena · 17 Mart 12:1200

    Uzu goyceklik edirki hamisi baglansin tekce oz verliwi qalsin deye )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.