Maraqlı

Windows Vista "dəfn" edilir

18 Mart 2017 07:51
0 Şərh     Baxış: 371

"Windows Vista" əməliyyat sisteminin rəsmi dəstəyinin dayandırılmasına bir aydan az qalır. Bu haqda "Microsoft"un saytına istinadən "PCWorld" nəşri yazıb.

11 aprel 2017-ci ildən sonra "Windows Vista" sistemi üçün heç bir yeniləmə (həmçinin təhlükəsizlik üçün çox mühüm) çıxarılmayacaq və platformanın genişləndirilmiş dəstəyi dayandırılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "NetMarketShare" analitik xidmətinin 2017-ci ilin fevralına olan məlumatına görə, masaüstü və noutbuklar üçün qlobal ƏS-i bazarında "Windows Vista"nın bazar payı 1%-dən az təşkil edir. "Microsoft" şirkətinin statistikasına əsasən, dünyada təxminən 1,5 milyard fərdi kompüter "Windows"un müxtəlif versiyaları ilə işləyir. Beləliklə, 15 milyon kompüter "Vista" sisteminin idarəetməsi altında işləyir.

2007-ci ilin əvvəlində istifadəyə verilmiş "Windows Vista" sistemi "Microsoft" şirkətinin ən çox tənqid edilən əməliyyat sistemlərindən biri olub. Məsələn, istifadəçilər söz verilmiş funksiyaların yoxluğu, bəzi drayverlərin natamamlığından şikayətlənmişdilər.

Proqram nəhəngi bu əməliyyat sistemini ən təhlükəsiz sistem kimi qələmə vermişdi. Bu kompüter proqram platformasının əsas dəstəyi 2012-ci ilin aprelində dayandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.