Maraqlı

Tayvan “Uber”i “tormozladı”

18 Mart 2017 08:55
0 Şərh     Baxış: 308

Tayvan hökuməti "Uber" online taksi xidmətinin vergilərini ödəməməsi ilə əlaqədar ölkədəki aktivlərini dondurub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Uber"in 384 min dollar həcmində bank depozitləri dondurulub və Taybey şəhərində yerləşən ofisindəki avadanlıqlar müsadirə edilib.
 
Vergi xidmətinin məlumatına əsasən "Uber" 2015-ci il üçün vergi borcunu ödəməyib və 1,67 milyon dollar miqdarında borcu yığılıb. Bu səbəblə şirkətin aktivlərinin dondurulması qərara alınıb.
 
Qeyd edək ki, bu ilin fevralında Uber" yerli administrasiyanın tətbiq etdiyi cərimələrlə əlaqədar adada fəaliyyətini dayandırdığını açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.